Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR Azərbaycanın neft-qaz yataqlarından hasilatın həcmini açıqlayıb

SOCAR Azərbaycanın neft-qaz yataqlarından hasilatın həcmini açıqlayıb

Tarix: 16 Oktyabr 2019 13:30

Bakı. Ləman Zeynalova - Trend:

Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub.

Trend-in məlumatına görə, bunu SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib.

O bildirib ki, dəniz yataqlarından, həmçinin 713 milyard kubmetr qaz hasil olunub:

“Eyni zamanda qurudakı yataqlardan 0,979 milyard ton neft və 139 milyard kubmetr qaz hasil edilib”.

Vitse-prezident qeyd edib ki, hazırda dənizdə 28 neft-qaz yatağı kəşf edilib:

“Onlardan 19-u işlənmə mərhələsindədir. Quruda isə 53 yataq kəşf edilib”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  SOCAR Azərbaycanın neft yataqlarından hasilatın həcmini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ