Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2023 12:22
İsrail ordusu HƏMAS-ın Qəzza sektorundakı bazasına raket zərbələri endirib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu məlumat yayıb.
"Bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələri terror təşkilatı HƏMAS-a məxsus silah istehsalı müəssisəsi və hərbi kompleksə hücum edib", - məlumatda qeyd olunub.
Bildirilib ki, zərbələrin endirildiyi silah istehsalı obyekti Qəzzanın mərkəzində, hərbi kompleks isə şimalında yerləşir.