Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2023 19:54
Rusiya və Belarus vətəndaşları Estoniyada silah daşıya bilməyəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Estoniya parlamentinin silahla bağlı qanuna etdiyi dəyişikliklərdə nəzərdə tutulub.
Yeni qanuna əsasən, Estoniyada silah gəzdirmək icazəsi yalnız bu ölkədə yaşamaq izn olan AB və NATO-ya üzv ölkələrin vətəndaşlarına veriləcək.
Dəyişikliklər ölkədə daimi yaşayan 683 əcnəbiyə, əsasən Rusiya və Belarus vətəndaşlarına, eləcə də ovçuluq və digər silahlara malik olan 595 nəfər vətəndaşlığı olmayan şəxsə şamil ediləcək.