Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğlunu ilk dəfə göstərdi - FOTO

Oğlunu ilk dəfə göstərdi - FOTO

Tarix: 24 Fevral 2023 14:08

Yanvarın sonlarında 41 yaşlı amerikalı aktrisa, müğənni, fotomodel və dizayner Peris Hilton ilk dəfə ana olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, təxminən 1 ay sonra oğlunun fotosunu instaqram hesabında paylaşıb.

P. Hilton övladına Feniks Barron adını verdiyini açıqlayıb. Amerikalı ulduz körpəyə ikinci ad kimi - Barronu babası, "Hilton" hotellər şəbəkəsinin sahibi Barron Hiltonun şərəfinə verib.

Onun ailəvi fotoları bir neçə saat ərzində 1,6 milyondan çox bəyənmə, 17 mindən çox şərh toplayıb.

Xatırladaq ki, 2021-ci ilin noyabrında P. Hilton sahibkar Karter Reuma ərə gedib. Uşağı surroqat ana dünyaya gətirib.

Milli.Az


Etiketlər:  Oğlunu dəfə göstərdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ