Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2023 16:52
Belarusda, Soliqorskda sərxoş qadın 12 yaşlı qızına qayçı atıb ki, övladı ona birgə yaşadığı kişi ilə spirtli içki içməyinə mane olmasın.
Sonxeber.net bildirir ki, bu barədə Belarus İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, xəstəxanaya başında mətbəx qayçısı olan 12 yaşlı məktəbli daxil olub. Həkimlərin sualına qız təsədüfən alətə rast gəldiyini deyib. Həkimlər hadisəni araşdırmaq üçün hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşlarına uşağın yarası barədə məlumat veriblər. Hadisə barədə polisə zərərçəkənin kiçik bacısı məlumat verib.
İlkin versiyaya görə, qızın anası birgə yaşadığı kişi ilə spirtli içki qəbul edib. O, üç uşağın səs-küyündən narahat olub, onlara qışqırıb və mətbəx qayçısını böyük qızına atıb. Nəticədə məktəbli qızın kəllə sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisədən sonra zərərçəkənin anası saxlanılıb. Qadın bildirib ki, böyük qızını törətdiyi əmələ görə məsuliyyət daşımamaq üçün yarası ilə bağlı yalan danışmağa məcbur edib. Yerli sakin barəsində cinayət işi açılıb.
Qeyd olunur ki, hər üç uşaq ailədən alınıb.
İrfan Vəliyev