Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda həkimi polis idarəsində döyüb öldürdülər

İranda həkimi polis idarəsində döyüb öldürdülər

Tarix: 24 Fevral 2023 17:56

İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində 24 yaşlı həkim İbrahim Riqi polis bölməsində döyülərək öldürülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "RadioFarda" yayıb.

Qeyd edilib ki, o, şəhərdəki etiraz aksiyaları zamanı iki dəfə saxlanılıb. İ.Riqi birinci dəfə girov qarşılığında zaminə buraxılıb, ikinci dəfə isə polis bölməsində döyülərək öldürülüb.

Məhkəmə tibbi ekspertizası onun meyitinə baxış zamanı paltarının cırılmış halda olduğunu və döyülərək öldürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, gənc həkimin Zahidanda keçirilən etiraz aksiyaları zamanı yaralananlara tibbi yardım etdiyi bildirilib.

Milli.Az


Etiketlər:  İranda həkimi polis idarəsində döyüb öldürdülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ