Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1981-ci ildən bəri belə şey olmamışdı

1981-ci ildən bəri belə şey olmamışdı

Tarix: 24 Fevral 2023 22:32

2023-cü ilin yanvar ayında Yaponiyada inflyasiya 4,3% təşkil edib ki, bu da 1981-ci ilin dekabrından bəri ən yüksək göstəricidir.

Milli.Az xəbər verir ki, bu barədə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, ərzaq məhsulları 7,3 % ​​, geyim 3,1 % , mebel və məişət məmulatları 7,7 % bahalaşıb.

Kommunal xidmətlərin dəyəri əhəmiyyətli dərəcədə artıb - 14,9%: elektrik enerjisi - 20,2%, qaz - 24,3%.

Bundan əvvəl Yaponiya Nazirlər Kabineti bildirib ki, inflyasiya artıq yaponların, xüsusən də gənc nəslin alıcılıq qabiliyyətinə ciddi təsir edib. Koronavirus pandemiyası zamanı yığılmış 64 trilyon yen (498 milyard dollar) artıq qənaət istehlakçılar üçün mövcud şərtləri düzəldə bilməyib. (publika)

Milli.Az


Etiketlər:  1981 ildən bəri belə şey olmamışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ