Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2023 07:20
"Beynəlxalq tərəfdaşlar müharibədə Ukraynaya aktiv dəstəyi azaltsalar, bu, Üçüncü Dünya Müharibəsinə gətirib çıxaracaq. Belə ki, Rusiya digər ölkələri işğal etmək üçün NATO ölkələrinə hücum edəcək".
Sonxeber.net "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.
"Əgər onlar öz fikirlərini dəyişməsələr, bizi başa düşməsələr, Ukraynanı dəstəkləməsələr, NATO-nu itirəcəklər. Amerika Birləşmiş Ştatlarının təsirini itirəcəklər. Dünyada olan tamamilə ədalətli olan liderlik mövqelərini itirəcəklər və 40 milyon əhalisi olan, milyonlarla insanın yaşadığı dövlətin dəstəyini itirəcəklər. Biz doğrudanmı bu qədər fərqliyik? Əminəm ki, yox", - Zelenski vurğulayıb.