Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2023 08:46
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov Rusiyanın ölkədəki agenturasını hələ 2020-ci ildə məhv etməyə başladıqlarını bildirib.
Sonxeber.net "Report"-a istinadən xəbər verir ki, bu barədə Danilov "Azadlıq Radiosu"nun Ukrayna xidmətinin feysbukda yayımlanan efirində bildirib.
"Müharibə Putin Krım yarımadasına soxulduqda başlamışdı. Və, çox təəssüf ki, o zaman o, Ukrayna tərəfindən müqavimət görmədi və davam etdi", - katib vurğulayıb.
O qeyd edib ki, Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin "ilkin işartıları" 2021-ci ilin oktyabrın 30-da ortaya çıxmağa başlayıb.
"2020-ci ildən burada Rusiyanın agenturasını məhv edirdik və media adlanan, lakin əslində təbliğatdan ibarət olan Rusiya mətbuatının rolunu yığışdırırdıq. Biz ölkəni müharibəyə hazırlaşdırırdıq", - MTMŞ-nin katibi vurğulayıb.