Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ ölkələri Rusiyaya qarşı 10-cu sanksiyalar paketində razılığa gəliblər

Aİ ölkələri Rusiyaya qarşı 10-cu sanksiyalar paketində razılığa gəliblər

Tarix: 25 Fevral 2023 08:56

Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Suriyadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı 10-cu sanksiyalar paketində razılığa gəliblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsveçin sədrliyi ilə keçirilən Aİ Şurasının iclasında qeyd olunub.

"Bu gün Aİ 10-cu anti-Rusiya sanksiyalar paketini təsdiqləyib", - deyə bildirilib.

Aİ-nin Rusiya qarşı 10-cu sanksiyalar paketinə ikili istifadə və texnologiya ilə bağlı daha sərt ixrac məhdudiyyətləri daxildir.

Aİ-yə üzv dövlətləri Ukraynanın müharibədə qalib gəlməsinə kömək etmək üçün indiyə qədər ən güclü və genişmiqyaslı sanksiyaları tətbiq ediblər.

Aİ Ukrayna və Ukrayna xalqı ilə birlikdədir.

"Biz Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə davam edəcəyik", - deyə məlumatda qeyd olunub.

Milli.Az


Etiketlər:  ölkələri Rusiyaya qarşı sanksiyalar paketində razılığa gəliblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ