Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya sahillərindəki naməlum obyektin nə olduğu bilindi - ''Yadplanetlilər tərəfindən göndərilib'' - VİDEO

Yaponiya sahillərindəki naməlum obyektin nə olduğu bilindi - ''Yadplanetlilər tərəfindən göndərilib'' - VİDEO

Tarix: 25 Fevral 2023 15:12

Yaponiya sahillərində aşkar edilən naməlum obyektlə bağlı açıqlama verilib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, yapon rəsmilər kürə formasındakı obyektin paslanmış tullantı parçası olduğunu və içərisində partlayıcı olmadığını bəyan ediblər. Bildirilib ki, diametri 1,5 metr olan obyekt tamamilə paslanıb və üzərində çıxıntı var. Araşdırmalardan sonra məlum olub ki, obyekt sadəcə bir metalın parçasıdır. Onun içinin boş olduğu müəyyən edilib. Məsələ ilə bağlı Yaponiya özünümüdafiə qüvvələri və sahil mühafizəsi ekspertləri ilə də müzakirələr aparılıb.

Qeyd edək ki, yerli media Yaponiyanın cənubundakı Şizuoka prefekturasının Hamamatsu şəhər çimərliyində sahilə çıxan obyektin dəniz minası olduğunu irəli sürmüşdü. Sosial mediada naməlum obyektin yadplanetlilər tərəfindən göndərildiyi qeyd edilmişdi.

Milli.Az


Etiketlər:  Yaponiya sahillərindəki naməlum obyektin olduğu bilindi Yadplanetlilər tərəfindən göndərilib VİDEO


RƏYLƏR