Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kəpəz''dən səfər qələbəsi, Şamaxıda SENSASİYA

''Kəpəz''dən səfər qələbəsi, Şamaxıda SENSASİYA

Tarix: 25 Fevral 2023 19:12

Misli Premyer Liqasında 24-cü tur davam edir.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu gün daha 2 matç keçirilib

"Sabah" "Şamaxı"nın qonağı olub. Görüşdə gözlənilməz nəticə qeydə alınıb. Sonuncu pillədə qərarlaşan "Şamaxı" 2-ci pillədə olan "Sabah"a 2:1 hesabı ilə qalib gəlib. Bu, "Sabah"ın ardıcıl 2-ci məğlubiyyətidir. Murad Musayevin komandası bundan əvvəl "Turan Tovuz"a uduzmuşdu - 0:2. 

Günün digər oyunda isə "Kəpəz" səfərdə "Sumqayıt"la üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, tura fevralın 27-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq.

25 fevral (şənbə)

17:00. "Sumqayıt" - "Kəpəz" - 1:2 

Qollar: Ahmed Ayzaya, 6 (0:1), Martins Junior, 38 (0:2), Yusif Nəbiyev, 88-avtoqol (1:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Kamal Umudlu

"Kapital Bank Arena"

14:30. "Şamaxı" - "Sabah" - 2:1

Qollar: Amil Yunanov, 72 (1:0), Aleksey Kaşuk, 77 (1:1), Amil Yunanov, 90+5-pen. (2:1)

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Eyyub İbrahimov, Əli Əliyev

Şamaxı şəhər stadionu

27 fevral (bazar ertəsi)

20:00. "Qarabağ"- "Neftçi"

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə

"Azersun Arena"

24 fevral (cümə)

"Səbail" - "Qəbələ" - 2:2 

"Turan Tovuz" - "Zirə" - 0:2

N Klublar O Q H M T-F X
1 Qarabağ 23 19 4 0 57-13 61
2 Sabah 24 16 5 3 51-18 53
3 Neftçi 23 15 3 5 41-21 48
4 Zirə 24 10 5 9 27-31 35
5 Qəbələ 24 8 8 8 28-28 32
6 Turan Tovuz 24 7 5 12 19-29 26
7 Kəpəz 24 4 8 12 24-44 20
8 Şamaxı 24 4 7 13 21-38 19
9 Sumqayıt 24 4 6 14 16-40 18
10 Səbail 24 4 5 15 19-41 17

Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ") - 16 qol
Ramil Şeydayev ("Qarabağ") - 15 qol
Coy Lens Mikels ("Sabah") - 12 qol
Emin Mahmudov ("Neftçi") - 11 qol
Aleksey Kaşuk ("Sabah") - 9 qol
Runi Eva ("Turan Tovuz") - 9 qol

Milli.Az


Etiketlər:  Kəpəzdən səfər qələbəsi Şamaxıda SENSASİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ