Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evdə məşq etmək üçün ən effektli idman hərəkətləri

Evdə məşq etmək üçün ən effektli idman hərəkətləri

Tarix: 26 Fevral 2023 19:45

Amerikalı fitnes ustası Keyt Meyer evdə məşq etmək üçün 5 ən effektli idman hərəkətini göstərib.

Milli.Az Lent.az-a istinadən həmin hərəkətlər barədə məlumatı təqdim edir.

Ən birinci bilmək lazımdır ki, isinmə hərəkətləri etmədən idmana başlamaq faydadan çox zərər verər.

Evdə idmanın ən rahat və faydalı növlərindən biri ip atlamadır. İp atlamasanız belə bir dəqiqə ərzində yerində 60 dəfə tullanmaq adrenalin ifrazını artırır.

Ayaq üstə dayanıb üzmə hərəkətləri etmək nəfəsalmanı düzgün tənzimləyir.

Yerində dayanıb bədəni 100 dəfə sağa-sola əymək, ayaqları tərpədmədən yalnız beli sağa-sola bacardığın qədər çox çevirmək bel çevrəsi və onurğa üçün faydalı məşqdir.

Yerə uzanıb ayaqları qaldırmaqla havada xəyali velosiped sürmək qarın və ayaq əzələlərini bərkidir.

Yerdə arxası üstə uzanıb düzgün nəfəs alıb verməklə mümkün qədər çox dartınırsınız. Daha sonra dizi üstə dayanıb "pişik əsnəməsi" hərəkəti edir və yenə mümkün qədər çox irəliyə doğru dartınırsınız. Bu hərəkəti 10 dəfə eləmək bədəni növbəti hərəkətlərə hazırlayır və istənilən məşqi asanlıqla yerinə yetirmək olur.

Milli.Az


Etiketlər:  Evdə məşq etmək üçün ən effektli idman hərəkətləri


RƏYLƏR