Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2023 20:14
İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian sabah Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında çıxış edəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə keçiriləcək iclasda İranın xarici işlər naziri ilə yanaşı Rusiyanın yüksək rütbəli nümayəndəsi, Fransa və Almaniyanın yüksək səviyyəli diplomatları da iştirak edəcəklər.