Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşlı insanlara XƏBƏRDARLIQ: Pendir zərərlidir

Yaşlı insanlara XƏBƏRDARLIQ: Pendir zərərlidir

Tarix: 26 Fevral 2023 20:45

Yaş ötdükcə insanlar pəhrizə daha həssas yanaşmalıdır. 

Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, bəzi məhsulların istifadəsi bir müddət sonra orqanizmə zərər verə bilər. 

Məsələn, bir çox insan pendiri çox sevir və onu pəhrizində aktiv istifadə edir. Ancaq pendir o qədər də faydalı məhsul deyil. Onun tərkibində çoxlu yağ və duz var. Bu komponentlər yaşlı insan üçün həddindən artıq zərərlidir. Pendir qan təzyiqini, xolesterol səviyyəsini artırır, həmçinin çəkiyə mənfi təsir göstərir. Bu o deməkdir ki, pendir seçərkən diqqətli olmaq lazımdır. 

Dietoloq Yelena Solomatina bildirib ki, kəsmik və turşu pendirlərdə zülal, kalsium çox olsa da, duzun miqdarı azdır. Belə pendir növlərinin yağ tərkibi təxminən 15-20 faiz, adi pendirlərdə isə 40-50 faizdir. Buna görə də pendirdən istifadə zamanı yağ və duz tərkibinə baxmaq lazımdır. 


Etiketlər:  Yaşlı insanlara XƏBƏRDARLIQ Pendir zərərlidir


RƏYLƏR