Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur "Ceyms Bond" bu ölkələrə 101 milyon YARDIM ETDİ

Məşhur

Tarix: 26 Fevral 2023 21:34

"Ceyms Bond" obrazı ilə yadda qalan britaniyalı aktyor Daniel Kreyq iki həftə əvvəl Türkiyə və Suriyada baş verən zəlzələdən sonra izləyicilərini köməyə çağırıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın 14 xeyriyyə təşkilatını birləşdirən Fəlakətlər üzrə Fövqəladə Komitə (DEC) ilə işləyən 54 yaşlı aktyor zəlzələlərdən sonra 101,5 milyon funt-sterlinq (təxminən 205 milyon 190 min) topladığını açıqlanıb.

Dünya şöhrətli aktyor, bir neçə gün əvvəl etdiyi ianə çağırışında "Zəlzələlər saniyələr içində olsa da, amma təsiri illərlə davam edəcək. Xəstəxanalar, məktəblər, iş yerləri dağıldı. Şaxtalı qışda yüz minlərlə insan evsiz qaldı. Xahiş edirəm, DEC-i dəstəkləyərək onlara kömək etmək üçün əlinizdən gələni edin" demişdi.

Milli.Az


Etiketlər:  Məşhur Ceyms Bond bu ölkələrə 101 milyon YARDIM ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ