Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Finalda uduzdu, qızıl medal aldı

Finalda uduzdu, qızıl medal aldı

Tarix: 27 Fevral 2023 10:42

Martin Dubravka misli görünməmiş olayın iştirakçısı olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Nyukasl"ın oyunçusu İngiltərə Liqa Kubokunun finalında məğlub olsa da, qızıl medal alıb.

34 yaşlı slovak qapıçı "Nyukasl"da çıxış etsə də, mövsümün əvvəlində "Mançester Yunayted"ə icarəyə verilmişdi. Martin qışda "sağsağanlar"ın düşərgəsinə qayıdıb, amma bunadək "qırmızı şeytanlar"la iki qarşılaşmaya çıxmışdı. Qaydalara görə, onun adının iştirak ərizəsinə düşməsi klubun uğurlarında pay sahibi olması üçün yetərlidir.

Xatırladaq ki, finalda 2:0 hesabı ilə qalib gələn "Mançester Yunayted" 6-cı dəfə Liqa Kubokunun qalibi olub.

Milli.Az


Etiketlər:  Finalda uduzdu qızıl medal aldı


RƏYLƏR