Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən "qanuni oğru" ƏLƏ KEÇDİ - FOTO

Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən

Tarix: 27 Fevral 2023 11:32

"Qanuni oğru" Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edilib. 

Milli.Az "Unikal"a istinadən xəbər ki,  bu  barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb.  Məlumata görə, o, iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib. 

Qeyd edək ki, prokuror R.İsmayılovun 23 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

İş "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski) dəstəsinin tərkibində olan azərbaycanlılar Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlindən gedir. Bu, 2009-cu il mayın 15-də baş verib. Hücumçular qurbanları BMW X5 markalı avtomobildə TT tapançası və Kalaşnikov avtomatından güllələyiblər.

İttihamda deyilir ki, hücuma Moskvanın meyvə-tərəvəz bazarı səbəb olub. 

Milli.Az


Etiketlər:  Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən qanuni oğru ƏLƏ KEÇDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ