Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarşılarına çıxan bütün müəllimləri ''güllələyirlər'' - 3D simulyator yaradıldı

Qarşılarına çıxan bütün müəllimləri ''güllələyirlər'' - 3D simulyator yaradıldı

Tarix: 27 Fevral 2023 20:52

ABŞ ordusu "məktəb atıcıları"nın hücumu zamanı mümkün davranışları məşq etmək üçün 3D simulyator yaradıb.

Burada hücumçular qarşılarına çıxan bütün məktəbliləri və müəllimləri güllələyirlər.

Məlumata görə, proqram "Enhanced Dynamic Geo-Social Environment" (EDGE) adlanır. O, əvvəlcə yanğınsöndürmə və polis briqadalarına məktəblərə hücum zamanı mümkün hərəkətlər barədə təlim keçmək üçün yaradılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2018-ci ildə tətbiqin hədəf auditoriyasının dəyişdirilməsi və ona müəllim rolunun daxil edilməsi qərara alınıb ki, tədris işçiləri də hücum zamanı nə edə biləcəklərini öyrənsinlər. Xüsusilə, oyunda müəllimlər müxtəlif vasitələrdən, məsələn, avtomatik qapı kilidləri və domofon sistemlərindən istifadə edə bilərlər.

Həmçinin, 3D oyuna çaxnaşma içində olan müəllimlər və öz təhlükəsizlikləri üçün hadisə yerindən qaçmağa çalışan şagirdlər, uşaqların qışqırığı və yüksək atəş səsləri daxildir.

Qeyd edək ki, 2022-ci ildə ABŞ-də 647 kütləvi atışma baş verib və nəticədə 44 mindən çox insan həlak olub.

Milli.Az


Etiketlər:  Qarşılarına çıxan bütün müəllimləri güllələyirlər simulyator yaradıldı


RƏYLƏR