Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənninin nişan üzüyünün qiyməti bəlli oldu - FOTO

Müğənninin nişan üzüyünün qiyməti bəlli oldu - FOTO

Tarix: 1 Mart 2023 09:50

Qiymətli daşların tərkibini və xassələrini öyrənən, həmçinin onların həqiqiliyini yoxlayan mütəxəssis Aleksandra Miçell britaniyalı müğənni Adelin nişan üzüyünün dəyərini açıqlayıb.

O, zinət əşyasının təxmini qiymətinin 500 min funt sterlinqdən (təxminən 1 milyon manat) baha olduğunu bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Adelin üzüyünün mərkəzində səkkiz karat ağırlığında armudvari brilyant var. Bundan əlavə, üzük nibətən kiçik yuvarlaq brilyantlarla bəzədilib. Bu isə o deməkdir ki, üzüyün qiyməti asanlıqla yarım milyon funt-sterlinqi keçir", - ekspert izah edib.

Məşhurun ​​evlilik təklifini idman agenti Riç Poldan aldığı bildirilir. Cütlüyün münasibətləri hələ 2021-ci ilin iyulunda məlum olub.

Milli.Az


Etiketlər:  Müğənninin nişan üzüyünün qiyməti bəlli oldu FOTO


RƏYLƏR