Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevişdi, qısqandı, parçaladı - DƏHŞƏTLİ QƏTL

Sevişdi, qısqandı, parçaladı - DƏHŞƏTLİ QƏTL

Tarix: 1 Mart 2023 21:12

Yaponiyada polis Numazu şəhərindən olan evli kişini həbs edib. Səbəb onun öz məşuqəsini öldürməsi və onun parçalanmış cəsədini evində gizlətməsi olub.

Sonxeber.net xəbər verir ki, bu barədə "The Straits Times" məlumat yayıb.

33 yaşlı qadın İto Ayumi 2022-ci ildə 31 yaşlı Yuki Tsuçiya ilə tədbirdə iştirak edən zaman tanış olub. Kişinin evli olmasına baxmayaraq, aralarında romantik münasibət başlayıb.

Az keçməyib ki, bu romantika qısqanclıq da yaradıb. Cütlüyün arasında başlayan münaqişə, sonda qətllə nəticələnib.

Polis Tsuçiyi fevralın 23-də həbs edib. Həmin şəxs dərhal müstəntiqlərə bildirib ki, iki gün əvvəl onlar Ayuminin avtomobilində olarkən onun başına küt alətlə zərbələr endirib, sonra isə onu iplə boğub.

O, qətlə yetirilən qadının meyitini öz evində parçaladığını da etiraf edib. Qadının qalıqları Tsuçiyanın evinin eyvanında və avtomobilində tapılıb.

Qonşular qətldən sonra kişinin evindən şübhəli səslər eşitdiklərini bildiriblər. Onun həyat yoldaşı, iki azyaşlı uşağı və yaşlı atası ilə yaşadığı məlum olub. (publika)


Etiketlər:  Sevişdi qısqandı parçaladı DƏHŞƏTLİ QƏTL


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ