Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəngini dəyişə bilən telefon təqdim edildi - FOTO

Rəngini dəyişə bilən telefon təqdim edildi - FOTO

Tarix: 2 Mart 2023 08:12

Çinin "Tecno" şirkəti arxa panelinin rəngi dəyişən konseptual smartfon təqdim edib. 

Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, cihaz MWC 2023 sərgisində nümayiş olunub. 

Telefon 1600 rəng və çalar arasında keçid edə bilən arxa panelə malikdir. Panel özü isə smartfonun arxasına dəydikdə işığı səpələyən submikron prizmaya sahibdir. 

Buqələmun smartfonunun arxa panelinin resursu iki milyon keçid üçün nəzərdə tutulub. Belə ki, cihaz sahibi gündə təxminən 100 dəfə smartfonun rəngini dəyişə bilər. Arxa panel az batareya enerjisi sərf edir. Yəni rəngdəyişmə prosesi 5 dəqiqəlik bir videoya baxıldıqda sərf olunan enerji qədər sarj aparır. 


Etiketlər:  Rəngini dəyişə bilən telefon təqdim edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ