Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

III Çarlzın taxtı tacqoymadan öncə təmirə göndərildi – FOTO

III Çarlzın taxtı tacqoymadan öncə təmirə göndərildi – FOTO

Tarix: 2 Mart 2023 17:56

Britaniya monarxlarının taxtı III Çarlzın tacqoyma mərasimindən əvvəl bərpaya göndərilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, 700 illik palıd taxt "son dərəcə kövrəkdir". Bərpaçılar kürsünü təmizləyir və soyulmuş zərli təbəqələri bərpa edirlər.

Taxt 1272-ci ildən 1307-ci ilə qədər hökmranlıq edən Kral I Edvardın əmri ilə hazırlanıb. O vaxtdan bəri, demək olar ki, bütün tacqoyma mərasimlərində istifadə olunur.

Bildirilir ki, artıq dörd aydır ki, taxtın bərpası üzərində iş gedir.

Xatırladaq ki, III Çarlzın tacqoyma mərasimi mayın 6-da keçiriləcək.


Etiketlər:  Çarlzın taxtı tacqoymadan öncə təmirə göndərildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ