Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2023 22:18
"Qarabağ"ın zədəli futbolçusu Adama Diakabi Misli Premyer Liqasının 25-ci turunda "Qəbələ" ilə oyunu da buraxa bilər.
Sonxeber.net xəbər verir ki, bu barədə Qol.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. O, 26 yaşlı hücumçunun hələ məşqlərə başlamadığını deyib: "Diakabidə incik sümüyünün stress çatı aşkarlanıb. Amma bu, ciddi hesab olunan zədə deyil. "Qəbələ" ilə matçda oynaması sual altındadır. Zədəyə görə hələ məşq etməyib. "Qəbələ"yə qarşı oynayıb-oynamayacağına matç günü həkimlərin rəyinə əsasən qərar veriləcək".
Qeyd edək ki, Diakabi zədə səbəbindən 24-cü turda "Neftçi" ilə görüşdə (1:1) də iştirak edə bilməmişdi.
Əlavə edək ki, "Qəbələ" - "Qarabağ" oyunu martın 5-də keçiriləcək və saat 17:00-da başlayacaq.