Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2023 18:40
Türkiyəli müğənni Zeynep Bastık cərimələnib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb ifaçının yayımladığı klipi olub. 16 sentyabr 2022-ci il tarixində müğənninin yutub hesabında yayımlanan klipdə gizli şəkildə spirtli içki reklamının getdiyi ortaya çıxıb. Bu səbəbdən Zeynep 155 min 712 lirə (14 min 025 manat) məbləğində cərimələnib.
Bundan başqa, 10 milyon baxış toplayan həmin klip sosial media hesabından silinib.