Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2023 10:30
"Bakılı olan hər kəsin qanında meyxana var. 18-19 yaşımda meyxana demişəm. Əruz vəznini çox sevirdim. Düşünürdüm ki, bu da bir yaradıcılıqdır".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri report-a müsahibəsində aktyor Kamran Ağabalayev deyib. Meyxana haqda fikirlərini bölüşən sənətçi bunu fitri istedad hesab etmədiyini söyləyib:
"Mən meyxanaya heç bir halda fitri istedad kimi baxmıram. Çünki dilimizdə an, at, əl, üz kimi sözlər var. Bunlarla qafiyələr qurub dərhal 50 uyğun söz tapmaq mümkündür. Müəyyən sözlər, texnikalar var, meyxana söyləyəndə ondan istifadə edilir. Əsas üç misranı zəncir formasında gətirən, dördüncü rədifi ona bağlayan şəxs güclü meyxanaçı sayılır. Onlar meyxana ustasıdırlar".