Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pəncərədən yıxılan 4 yaşlı uşaq sağ qaldı - VİDEO

Pəncərədən yıxılan 4 yaşlı uşaq sağ qaldı - VİDEO

Tarix: 4 Mart 2023 15:16

Novqorod vilayətinin Çudovo şəhərində uşaq hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 3-də günorta saatlarında Nekrasov küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. Baxımsız qalan dörd yaşlı uşaq dördüncü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

Prokurorluğun yaydığı videogörüntülərdə uşağın yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazanın çardağına düşməsi əks olunub.

Azyaşlı xəstəxanaya aparılıb, həkimlər ona müxtəlif dərəcəli sınıq diaqnozu qoyublar.

Məlumdur ki, uşağı ata böyüdür, oğlanın anası valideynlik hüququndan məhrumdur.

Milli.Az


Etiketlər:  Pəncərədən yıxılan yaşlı uşaq sağ qaldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ