Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda arvadını və qayınanasını öldürən şəxslə bağlı cinayət işi başlandı

Bakıda arvadını və qayınanasını öldürən şəxslə bağlı cinayət işi başlandı

Tarix: 17 Oktyabr 2019 10:36

Bakı. Samir Əli - Trend:

Bakının Binəqədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Trend-in məlumatına görə, faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məlumata görə, hadisəni törədib qaçarkən yol qəzasına düşmüş Vaqif Hüseynov xəstəxanada polis nəzarətinə götürülüb.

Xatırladaq ki, hadisə Bakının Binəqədi rayonu, Aşurbəyov küçəsi 22 ünvanında baş verib.

Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılova və qayınanası, 85 yaşlı Luiza İsmayılovanı qətlə yetirib. V.Hüseynov daha sonra hər iki meyitin üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Hadisəni törədən V.Hüseynov ərazidən yayınarkən, “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub.

V.Hüseynov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda arvadını qayınanasını öldürən şəxslə bağlı cinayət işi başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ