Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: "Azərbaycan ilə Bolqarıstan yaxın və strateji tərəfdaşlardır"

İlham Əliyev:

Tarix: 7 Mart 2023 14:09

Azərbaycan ilə Bolqarıstan yaxın və strateji tərəfdaşlardır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən bildirib.

İkitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirən dövlətimizin başçısı yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, dostluq əlaqələrini nümayiş etdirən bu səfərlər zamanı ikitərəfli gündəlikdə duran çox mühüm məsələlərlə bağlı qərarlar qəbul olunub.

Milli.Az


Etiketlər:  İlham Əliyev Azərbaycan ilə Bolqarıstan yaxın strateji tərəfdaşlardır


RƏYLƏR