Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bəzi kişilər homoseksual olduqlarını bilə-bilə...” Psixoloqdan açıqlama

“Bəzi kişilər homoseksual olduqlarını bilə-bilə...”  Psixoloqdan açıqlama

Tarix: 7 Mart 2023 15:52

Son vaxtlar cinsi azlıqlara meyilin artdığını müşahidə edilir.

Sosial şəbəkələr üzərindən aparılan müşahidələr belə düşünməyə əsas verir ki, hətta xanımlarla münasibətdə olan kişilər də eyni zamanda bu insanlarla əlaqədə maraqlı görünürlər.

Maraqlıdır, bəylərin öz həmcinslərinə maraq göstərməsi nədən irəli gəlir ? Bu, bir xəstəlik, problem hesab oluna bilərmi?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a açıqlama verən psixoloq Rövşən Nəcəfov bəzi kişilərin öz həmcinslərinə maraq duyduqlarını bildiyi halda evləndiklərini deyib:

"Bəzi kişilər homoseksual olduqlarını bilə-bilə qadınlarla evlənirlər və ya münasibət qururlar. Buna səbəb odur ki, ətraf mühitə qarşı kamuflyaj etmək və ya özündə olanı ailə üzvlərindən gizlətmək cəhdidir. Onlar həyatlarında olan qadınlarla cinsi münasibət zamanı psixoloji gərginlik yaşayırlar. Bir müddət sonra isə qadınla cinsi münasibət istəkləri azalır və tədricən yox olur. Bəzən homoseksuallar cinsi oriyentasiyalarını gizlədərək homoseksualizmə qarşı rəftar nümayiş etdirməklə yanaşı, tez-tez sevgilisini dəyişən eşqbaz kimi davrana bilərlər. Psixoloji müşahidələr zamanı aydın olur ki, homoseksuallar evləndikdən və ya hər hansı xanımla uzunmüddətli münasibətdən sonra qadınlara qarşı cinsi istəyini itirirlər".

Ekspert insanların cinsi istəklərin və onun realladırılma yönlərinin getdikcə bir-birinə oxşadığını da qeyd edib:

"Şəxslərin cinsi istəkləri özlərinəməxsus, fərdi olmalıdır. Amma dövrümüzdə cinsi təcrübə əsasən filmlər və rəqəmsal materiallar kimi mənbələrdən öyrənildiyi üçün insanların cinsi istəkləri də getdikcə bir-birinə bənzəməyə başlayır. Bəzi insanlar cinsi istəkləri fərqli olsa da, gördüklərinin və eşitdiklərinin ortalamasını normal qəbul edir və özlərini buna uyğunlaşdırmağa məcbur edirlər. Cinsi pozğunluqların yaratdığı psixoloji böhranlar şəxslərin davranışlarında uyğunsuzluqlar formalaşdırır. Təkrarlanan və nizamsız təcrübələr cinsi istəyi azaldır və ya fərqli müstəviyə təhrik edir. Fantaziyalar və fərqliliklər cinsi münasibətlərə uyğunluq gətirmir. Cinsi münasibət iki şəxs arasında bioloji və psixoloji uyğunluqdur. Cinsi istək xəstəlik deyil. Cinsi istək şəxsin bioloji və psixoloji həyatından asılıdır. Şəxsin cinsi münasibətlərində nizamsızlıq və uyğunsuzluğun olması psixoloji böhrandır".

Psixoloq insanların uşaqlıq yaşlarından izlənilməli olduğunu qeyd edib:

"Cinsi istismara və travmaya məruz qalan şəxslərdə cinsi disfunksiyalar, erektil disfunksiya və cinsi istək pozğunluğu yaranır. Uşaqlıq dövründə cinsi həvəsin inkişafında davranış və informasiya əsas meyarlardır. Uşaqların uyğun olmayan cinsi hərəkətləri müşahidə olunmalıdır ki, gələcəkdə psixoloji böhranlar yaranmasın".

Milli.Az


Etiketlər:  Bəzi kişilər homoseksual olduqlarını bilə bilə Psixoloqdan açıqlama


RƏYLƏR