Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2023 08:42
Bolqarıstan Konstitusiya Məhkəməsi Ukraynaya hərbi-texniki yardımı konstitusiyaya uyğun esab edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, martın 7-də məhkəmə Bolqarıstan Milli Assambleyasının 50 nümayəndəsinin 2022-ci il noyabrın 3-də qəbul edilmiş Ukraynaya hərbi və hərbi-texniki yardım göstərilməsi və Bolqarıstanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı qərarın konstitusiyaya zidd elan edilməsi ilə bağlı vəsatətini rədd edib.
Məhkəmə icraata xitam verib. Doqquz hakim bu qərarın lehinə, biri isə əleyhinə səs verib.