Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2023 11:24
Qadını əbəs yerə gülə bənzətmirlər. Çünki gül həmişə diqqət, qayğı tələb edir. Elə qadınlar kimi. Amma 8 mart elə gündür ki, qadınlar kiçik hədiyyəylə belə olsa, xüsusi diqqət istəyir. Sabah iş günü olmadığından, bir çox xanımlar hədiyyələrini elə bu gün almışdı. Üzlərindəki sevinc, əllərindəki güllər bundan xəbər verirdi.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, elə bəylər də xanımların bu istəyindən xəbərdardırlar. Təsadüfi deyil ki, onlar ən çox gül hədiyyə edirlər.
Ən çox tələbat tülpan, xrizantema və qızılgüllərədir. Buketlərin qiyməti 15 manatdan başlayır.
Ətriyyat mağazalarından isə bildirildi ki, qiymətlər 15 manatdan başlayır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: