Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Usubovun qardaşı oğlu işdən çıxarıldı, Zalovun kürəkəni gətirildi

Usubovun qardaşı oğlu işdən çıxarıldı,  Zalovun kürəkəni gətirildi

Tarix: 10 Mart 2023 10:36

Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikmət Usubov işdən çıxarılıb.

Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Hikmət Usubov işdən azad edilərək sərəncama götürülüb.

Nazirin digər əmri ilə sözügedən vəzifəyə Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Əşrəf Allahyarov təyin edilib.

Qeyd edək ki, hər iki polis zabiti yüksək vəzifəli şəxslərin qohumudur. Hikmət Usubov sabiq daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu, Əşrəf Allahyarov isə daxili işlər nazirinin keçmiş müavini Oruc Zalovun kürəkənidir.


Etiketlər:  Usubovun qardaşı oğlu işdən çıxarıldı Zalovun kürəkəni gətirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ