Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanovun “Qarabağ” azarkeşi ilə təsirli kadrları - VİDEO - FOTO

Qurban Qurbanovun “Qarabağ” azarkeşi ilə təsirli kadrları - VİDEO - FOTO

Tarix: 10 Mart 2023 15:22

Qurban Qurbanov "Qarabağ"ın azarkeşi ilə görüşüb. Görüş Ağdam təmsilçisinin Suraxanıdakı bazasında reallaşıb.

Milli.Az xəbər verir ki, səhhətində ciddi narahatlıq olan Səlim İsmayıl adlı qatı futbol azarkeşi Qurbanova müraciət ünvanlayaraq onunla görüşün həyatdan köçməmişdən əvvəl ən böyük arzusu olduğunu bildirib.

"Qarabağ"ın çalışdırıcısı bu barədə məlumat alan kimi gün və saat təyin edərək 57 yaşlı azarkeşi qəbul edib. Komandanın axşam məşqindən öncə baş tutan görüşdə təsirli anlar yaşanıb.

Səlim bəy Qurban Qurbanovu görüncə, onu bağrına basıb, uzun müddət buraxmayıb. Ölkənin bir nömrəli çalışdırıcına xoş sözlər deyib, onunla görüşməyə hər zaman möcüzə kimi baxdığını qeyd edib.

Qurban bəy eşitdiklərindən duyğulanıb. Təxminən 15 dəqiqəlik söhbətdən sonra sürpriz qonağa məşqi izləmək imkanı yaradılıb və xatirə şəkilləri çəkdirilib.

Maraq üçün bildirək ki, əslən Füzuli rayonunun Mollaməhərrəmli kəndindən olan Səlim İsmayıl şairdir. Səbəbkarın şeir toplusundan ibarət "Ocaq daşı" kitabı 2021-ci ildə işıq üzü görüb. (publika)

Milli.Az


Etiketlər:  Qurban Qurbanovun Qarabağ azarkeşi ilə təsirli kadrları VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ