Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbola gözəllik qatan qadınlar - FOTO

Futbola gözəllik qatan qadınlar - FOTO

Tarix: 11 Mart 2023 21:34

Futbol matçları zamanı hakimlərin verdiyi qərarlar həmişə müzakirə obyekti olur. Futbolçular, məşqçilər, azarkeşlər, klub rəsmiləri onların idarəçiliyini şərh etməyi xoşlayır. İdman mediası ədalət təmsilçilərini həmişə diqqətdə saxlayır. Bəzən istisna hallar da olur.

Sonxeber.net bildirir ki, qadın hakimlərin oyunları idarə etməsi, bəzən meydanda və kənardakı gərginliyi azaldır. Nə qədər qəribə görünsə də, zərif cinsin nümayəndələrinin məsuliyyəti üzərinə götürməsi xoş haldır.

Qadın futbolçularla yanaşı, hakimlər də xarici görünüşləri ilə seçilirlər. Bu məqamı nəzərə alaraq, dünyanın ən sevilən idman növlərindən birində çalışmış və ya karyerasını hazırda da davam etdirən ən cazibədar qadın hakimlərinin siyahısına nəzər salmaq qərarına gəldik.

Bibiana Steynhaus

Bibiana şərab kimidir - nə qədər yaşlı olsa, bir o qədər yaxşıdır. 42 yaşlı bu gözəl qadın UEFA-nın elit kateqoriyasında yer alan ilk qadın hakim kimi futbol tarixinə düşüb.

O, Almaniya Bundesliqasında və Superkubokunu idarə edən ilk qadın referi olub. Yeddi dəfə qadınlar arasında ilin ən yaxşı hakimi adına layiq görülüb.

Ana Paula Oliveyra

Ana Paula braziliyalı hakim olmaqla yanaşı, model və televiziya aparıcısıdır. 1998-ci ildən adı FİFA-nın qadın hakimlərinin rəsmi siyahısında yer alıb.

43 yaşlı Paula müxtəlif jurnallarda, o cümlədən "Playboy" jurnalında çalışıb. Adını qeyd etdiyimiz jurnalla əməkdaşlıq ona baha başa gəlib. Braziliya Futbol Konfederasiyası onu 245 gün müddətinə futboldan və FİFA referiliyindən uzaqlaşdırıb. Daha sonra baldırından aldığı zədə səbəbindən hakimlik karyerasını başa vurub. Hazırda televiziyada işləməyə davam edir.

Keti Patterson

Şirin simasına baxanda onun nə qədər gözəl olduğunu mütləq görə bilərsiniz. O, həm də bütün zamanların ən etibarlı hakimlərindən biridir. Keti peşəkar karyerasına İllavarrada başlayan avstraliyalı hakimdir, daha sonra Sent-Qeorq Futbol Assosiasiyasına, daha sonra NSW Futbol Hakimləri Divizionuna keçib.

Aurelye Sara Beaulyeu

O, İsveçrədən olan cazibədar və seksual futbol hakimlərindən biridir. Lakin karyerasını peşəkar hakim kimi davam etdirmək istəmir. Yəqin ki, gözəlliyin yaratdığı imkanlardan istifadə etməyə çalışacaq.

Klaudiya Romani

Klaudiya da ən seksual futbol hakimlərindən biri hesab olunur. Bircə dəfə baxanda onun nə qədər cazibədar olduğunu görə bilərsiniz. O, İtaliya A və B seriyalarında oyun idarə edən ixtisaslı hakimdir. Eyni zamanda, aktivist, realiti-şou aparıcısıdır. Romani altı dildə danışa bilir.

Fernanda Kolombo Culiana

O, peşəkar futbol hakimi olmaqla yanaşı, modeldir. İspan əsilli gözəl braziliyanın cənubunda anadan olub. DÇ-2014 zamanı böyük şöhrət qazanıb. Daha sonra Braziliya Kubokunun rəsmi siması seçilib. 2018-ci ildə Rusiyada keçirilən mundialda da FİFA-nın rəsmi hakimi kimi iştirak edib.

Fernandaya təkcə gözəlliyə deyil, həm də cazibə və zəkaya da sahibdir. O, hakim olmaqla yanaşı, idman jurnalisti, aparıcısı və şərhçisidir.

Elena Tambini

Gözəl, şirin və çox ağıllı - bütün bu sözlər Elenanı xarakterizə edir. Əvvəllər model kimi çalışırdı. Eyni zamanda, İtaliyada aşağı liqalarda oyunlar idarə edib.

İndi teleaparıcı kimi çalışır. Tambininin ilhamverici cəhətlərindən biri futbola və hakimliyə uzunmüddətli ehtirası haqda kitab nəşr etdirməsidir.

Yekaterina Kostyunina

Gözəl görünüşlü Yekaterina Rusiyada doğulub. İndi o, ölkə daxilində bir sıra futbol matçlarını idarə edir. 26 yaşlı hakim sosial şəbəkələrdə də çox aktivdir. O, "İnstaqram"da modellik, səyahət və yeməklə bağlı müxtəlif məzmunlar yerləşdirməkdən həzz alır.

Denis Bueno

Denis Braziliyanın Həvəskarlar Liqasında oyun idarə etdikdən sonra tanınıb. O, təkcə gündəlik həyatda deyil, sosial şəbəkələrdə də çoxlu seksual fotolar paylaşarq hər kəsi gözəlliyi ilə heyran edir.

Klaudiya Umpiyerres

Klaudiya təkcə qadın futbol hakimi deyil. Ölkənin tanımış hüquqşünaslarındandır. 2010-2016-cı illərdə FİFA-da çalışmış Umpiyerres Uruqvay futbolunda matçı idarə edən ilk qadın olub. Uruqvayın ikinci və birinci divizionlarında ədaləti qoruyub. Klaudiya 39 yaşında karyerasını başa vurub.

Karolina Boyar-Stefanska

O, 2018-ci ildə "The Sun" tərəfindən "dünyanın ən seksual hakimi" seçilib. Polşadakı azsaylı qadın hakimlərdən biridir. Karolina uşaqlıqdan futbolu sevib və buna görə də hakim olmağa qərar verib.

Karolina bu sahədə babasının yolunu davam etdirir. O da Polşanın tanınmış ədalət təmsilçilərindən biri olub. Bu səbəbdən kiçik yaşlardan futbolu həm azarkeş və həm də hakim gözüylə izləyib. Bu məqam ona karyerasında çox kömək edib. (publika)


Etiketlər:  Futbola gözəllik qatan qadınlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ