Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2023 07:32
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ilk dəfə olaraq təsdiq edib ki, həyatını itirən 42 yaşlı yaponiyalı qadın məhz koronavirusa qarşı vurdurduğu peyvəndin əks təsirindən həyatını itirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mənbə iddia edib ki, ümumilikdə, son üç il ərzində Yaponiyada koronavirusa qarşı peyvənd olunmuş 2 000 şəxs həyatını itirib, lakin ölkənin səhiyyə qurumu bu ölümlərin peyvəndlə birbaşa əlaqəli olmadığını açıqlayıb.
Lakin ötən gün ilk dəfə olaraq Yaponiyanın əsas səhiyyə qurumu peyvəndlə ölüm arasında səbəb-nəticə əlaqəsini istisna edə bilməyəcəyini qeyd edib.
Hələlik vaksinin təsiri nəticəsində həyatını itirən şəxsin adı, soyadı və hansı vaksindən istifadə etdiyi barədə heç bir məlumat verilmir.