Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda ikinci cəbhə açılmayacaq - Qaribaşvili

Gürcüstanda ikinci cəbhə açılmayacaq - Qaribaşvili

Tarix: 12 Mart 2023 23:24

Gürcü Arzusunun hakim gücü ölkədə ikinci hərbi cəbhənin açılmasına imkan verməyəcək.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

"Mən bilirəm ki, Ukraynadan onlarla insan gəlib. Onlara müraciət etmək istəyirəm: Burada nə isə olacağı ilə bağlı illüziya və gözləntilərə qapılmayın. Heç nə olmayacaq, qardaşlar. Mən Ukraynadakı bütün döyüşçülərə öz ölkəsinə sağ-salamat qayıtmasını arzulayıram. Mən sizi çirkin təxribatlara qapılmamağa çağırıram. Biz onların təsəvvür edə bildiklərindən də çox şey bilirik. Bu gün dövlət ən yüksək səviyyədədir. Nə qədər ki, Gürcü Arzusu hakimiyyətdədir, bir saniyə belə imkan verməyəcəyik", - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski eks-prezident Mixail Saakaşvilinin Ukraynadan olan bir qrup tərəfdarının etirazlar fonunda inqilabi ssenarini həyata keçirmək üçün ölkəyə gəldiyini bildirmişdi.


Etiketlər:  Gürcüstanda ikinci cəbhə açılmayacaq Qaribaşvili


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ