Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2023 19:30
Rusiya artilleriya sursatlarının çatışmazlığı ilə üzləşib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.
Kəşfiyyat Xidmətinin məlumatına görə, son həftələrdə Rusiya artilleriya sursatlarının çatışmazlığı o dərəcədə pisləşib ki, artıq cəbhənin bir çox hissələrində bu silahlar sayla verilir.
"Bu, şübhəsiz ki, bütün rus birləşmələrinin son vaxtlar əməliyyat baxımından əhəmiyyətli hücumlar təşkil edə bilməməsinin əsas səbəbidir".
Bildirilib ki, Rusiya artıq istifadəyə yararsız kimi təsnif edilən köhnə sursat ehtiyatlarının istifadə etməyə başlayıb.
Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti Rusiya Prezidentinin 3 mart tarixli fərmanını xatırladaraq əlavə edir ki, Rusiya rəhbərliyi istehsal məqsədlərini yerinə yetirə bilməyən müdafiə sənayesi rəhbərlərinin səlahiyyətlərindən yan keçərək artıq Ticarət və Sənaye Nazirliyi üçün tədbirlər müəyyən edib.
"Rusiya hərbi sənaye kompleksinə komanda iqtisadiyyatı prinsiplərini getdikcə daha çox tətbiq edir, çünki bunu müdafiə sənayesi potensialının getdikcə sürətini itirən "xüsusi hərbi əməliyyat"da əsas zəiflik olduğunu qəbul edir", Böyük Britaniya Müdafiə Nazirliyi əlavə edir.