Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2023 18:30
Müğənni Aysun İsmayılova növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, sənətçi "Şou xəbər" verilişinə müsahibəsində ana olması xəbərinə münasibət bildirib.
"Görək də... Bu il sevindirəcəyəm sizi. Hamı ana olmağımı həm istəyir, həm də gözləyir. Bu isə Allahın verdiyi qismətdir. İnşallah! Ana olsam da səhnəsiz, işsiz qala bilmərəm. Sonra deməyin ki, toya gedir və sairə... Mən sənətimi sevirəm. Rihanna hamilə-hamilə "Diamond" oxuyur, mən də "Alın yazı" mahnımı oxuyaram", - deyə Aysun bildirib.
Qeyd edək ki, Aysun İsmayılova ötən il Eşqin Cəlilovla ailə qurub.
Evliliklərindən bir neçə aydan sonra cütlüyün boşandığı iddia olunmuşdu. Lakin Aysun son müsahibəsində yayılan bu xəbərlərin əsassız olduğunu və Eşqinlə barışdığını bildirmişdi.