Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan SQ-nin keçmiş korpus komandiri həbs olunacaq

Ermənistan SQ-nin keçmiş korpus komandiri həbs olunacaq

Tarix: 16 Mart 2023 17:36

Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturov həbs ediləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Ali Məhkəməsinin mətbuat xidməti təsdiqləyib.

Apellyasiya Məhkəməsi Ermənistan Baş Prokurorluğu tərəfindən Xaçaturovun həbsi ilə bağlı təqdim etdiyi vəsatətini təmin edib.

Xatırladaq ki, Xaçaturov fevralın 20-də saxlanılıb və ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə çirkli pulların yuyulması, qanunsuz yolla əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları irəli sürülüb.

Milli.Az


Etiketlər:  Ermənistan SQ nin keçmiş korpus komandiri həbs olunacaq


RƏYLƏR