Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın ən məşhur generallarından biri HƏBS EDİLDİ

Ermənistanın ən məşhur generallarından biri HƏBS EDİLDİ

Tarix: 16 Mart 2023 22:44

Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturov həbs edilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

"Apellyasiya Məhkəməsi cinayət prosesinə nəzarət edən prokurorun vəsatətini təmin edib və təqsirləndirilən şəxs Qriqori Xaçaturovun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib".

Qeyd edək ki, Xaçaturov barəsində vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş daşınmaz əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ilə bağlı iş başlanıb.


Etiketlər:  Ermənistanın məşhur generallarından biri HƏBS EDİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ