Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Ukraynanın qələbəsindən qorxur - Bolton

ABŞ Ukraynanın qələbəsindən qorxur - Bolton

Tarix: 17 Mart 2023 13:28

ABŞ Prezidenti Co Bayden Rusiyanın məğlub olmasını istəyir, fəqət Ukraynanın qələbə qazanmasından da qorxur.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidentininn keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

"Bayden Rusiyanın məğlub olmasını istəyir, lakin Ukraynanın qələbəsindən də qorxur. ABŞ Ukraynanın suverenliyini və ərazi bütövlüyünü yenidən bərpa etmək yönündəki mövqeyinə inanırsa, bunu təsdiqləməli və plan hazırlamalıdır. Əgər inanmırsa, açıq ifadə etməlidir. Ağ Ev Ukraynanın müdafiəsinə dəstək verir, amma bunun da çox effektiv olmasını istəmir", - deyə o bildirib.

Bolton ABŞ-ın kritik əhəmiyyətə malik sursatının tükənməkdə olduğuna da diqqət çəkib.


Etiketlər:  ABŞ Ukraynanın qələbəsindən qorxur Bolton


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ