Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konfrans Liqasında 1/4 final cütləri dəqiqləşdi

Konfrans Liqasında 1/4 final cütləri dəqiqləşdi

Tarix: 17 Mart 2023 17:22

Konfrans Liqasında 2022/23 mövsümünün son püşkatma mərasimi keçirilib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, turnirin 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində baş tutan tədbirdə 1/8 final səddini adlayan komandalar 4 cüt təşkil edib. Ardınca yarımfinalda üz-üzə gələcək cütlər, həmçinin finalın nominal meydan sahibi bəlli olub.

Konfrans Liqası
1/4 final (13 və 20 aprel)
1. "Lex" (Polşa) - "Fiorentina" (İtaliya)
2. "Gent" (Belçika) - "Vest Hem" (İngiltərə)
3. "Anderlext" (Belçika) - "Alkmaar" (Niderland)
4. "Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)

1/2 final (11 və 18 may)
1. 1-ci cütün qalibi - 4-cü cütün qalibi
2. 2-ci cütün qalibi - 3-cü cütün qalibi

Final (7 iyun, Praqa, Çexiya)
1-ci cütün qalibi - 2-ci cütün qalibi

Milli.Az


Etiketlər:  Konfrans Liqasında 14 final cütləri dəqiqləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ