Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan gimnastları 3 qızıl və 1 gümüş medal qazanıblar

Azərbaycan gimnastları 3 qızıl və 1 gümüş medal qazanıblar

Tarix: 19 Mart 2023 10:06

Martın 12-dən 19-dək Latviyanın paytaxtı Riqa şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə batut gimnastikası üzrə "inkişaf təlim-məşq" düşərgəsi keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a bildirilib ki, məşqlərin ardınca eyni şəhərdə beynəlxalq turnir də təşkil edilib. Yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvləri uğurla çıxış ediblər.

Fərdi növdə təmsilçilərimiz Selcan Mahsudova (böyüklər arasında), Samirə Hüseynova (11-12 yaş), Hüseyn Abbasov (15-16 yaş) qızıl, Mehdi Əliyev (15-16 yaş) isə gümüş medala sahib çıxıb.

Milli.Az


Etiketlər:  Azərbaycan gimnastları qızıl gümüş medal qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ