Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2023 11:12
Böyük Britaniyada altı ildir evli və iki uşağı olan cütlük qorxunc bir həqiqətlə üz-üzə qalıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, evli cütlüyün xəstəxanada müayinə üçün verdikləri analizlərin cavabı həkimləri təccübləndirib.
Belə ki, qadında böyrək çatışmazlığı olub və uyğun donor tapılması üçün qohumları analiz veriblər.
Bu zaman ər-arvad arasında normadan artıq uyğunluq aşkarlanıb. Həkimlər bu cür uyğunlaşma faizinə bacı-qardaş arasında rast gəlindiyini bildiriblər.
Altı illik arvadının onun yaxın qohumu, hətta bacısı ola biləcəyini öyrənən kişi şoka düşüb. O bildirib ki, həyat yoldaşı ilə böyüdüyü yerdən çox uzaqda tanış olub və öz bioloji anasını tanımır.