Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2023 12:52
Amerika Birləşmiş Ştatlar hesab edir ki, Ukraynada Çin döyüş sursatlarından istifadə edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Kyodo" agentliyi ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Lakin bu sursatın Çin tərəfindən tədarük edilib-edilməməsi məlum deyil.
Tədarüklər təsdiqlənərsə, Vaşinqton tədbir görməyə hazırdır.
Eyni zamanda, nəşrin mənbələri söhbətin hansı sursatdan getdiyi barədə məlumat vermir.
ABŞ və Çin arasında bir çox fikir ayrılıqları fonunda rəsmilər bu yaxınlarda bildiriblər ki, Vaşinqtonda Pekinin Rusiyaya silah və sursat göndərməyi nəzərdən keçirdiyini göstərən kəşfiyyat məlumatları var.
ABŞ Dövlət Departamentinin sözçüsü məsələyə "Bu, bizim yaxından izlədiyimiz və yaxından izləməyə davam etdiyimiz bir şeydir" şərhini verib.