Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2023 22:50
"Qarabağ"la xeyriyyə oyunu keçirəcək "Qalatasaray"da Bakı səfəri öncəsi qalmaqal yaşanıb.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, yarımmüdafiəçi Berkan Kutlunun baş məşqçi Okan Burukla mübahisə etdiyi üzə çıxıb.
"Qarabağ"la xeyriyyə oyunu keçirəcək "Qalatasaray"da Bakı səfəri öncəsi qalmaqal yaşanıb. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Berkan Kutlunun baş məşqçi Okan Burukla mübahisə etdiyi üzə çıxıb.
Sən demə, 25 yaşlı orta sahə oyunçusu Super Liqanın XXVI turunda "Konyaspor"la keçirilən matçdan əvvəl çalışdırıcıya hədə gəlib. O, start heyətində yer almayacağı təqdirdə, komandadan ayrılacağını bildirib. Nəticədə baş məşqçi komandasının 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada Kutluya ilk "11-lik"də yer verib.
Bu isə "cim-bom" azarkeşləri və yerli futbol ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Əksəriyyət artıq Okan Buruka təzyiq göstərərək, ondan Berkan Kutlunu oynatmamağı tələb edib.
Qeyd edək ki, "Qalatasaray" martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la yoldaşlıq görüşündə üz-üzə gələcək.