Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus qırıcısı “Bayraqdar”a hücum etdi, bacarmadı - VİDEO

Rus qırıcısı “Bayraqdar”a hücum etdi, bacarmadı - VİDEO

Tarix: 21 Mart 2023 00:32

Qara dəniz üzərində ABŞ-ın MQ-9 Reaper PUA-sına toxunaraq, onun dənizə düşməsinə nail olan Rusiya qırıcılarının bu dəfə Ukraynanın arsenalında olan "Bayraqdar TB2" PUA-sına hücum etdiyi üzə çıxıb.

Milli.Az Axar.az-a istinadla xəbər verir ki, Su-27 olduğu ehtimal edilən Rusiya qırıcısının müdaxiləsi "Bayraqdar"ın kamerası ilə qeydə alınıb və paylaşılıb.

Bildirilir ki, Krım yarımadası üzərində baş verən insident zamanı "Bayraqdar" özünü qorumağı bacarıb və qısa titrəyişdən sonra yoluna davam edib.

Rusiya qırıcısının "Bayraqdar TB2" PUA-sını niyə raketlə vurmadığı bilinmir.

Milli.Az


Etiketlər:  Rus qırıcısı Bayraqdara hücum etdi bacarmadı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ