Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadınlarda kişi tipli saç tökülməsi nədir? - SƏBƏBLƏRİ

Qadınlarda kişi tipli saç tökülməsi nədir? - SƏBƏBLƏRİ

Tarix: 21 Mart 2023 11:21

Qadınlarda kişi tipli saç tökülməsi tibbi dildə Androgenetik alopesiya kimi tanınır. Belə ki, bu kişi hormonlarına qarşı genetik meyli olan qadınlarda baş verən saç tökülməsidir.

Bəs, bu saç tökülməsinin səbəbləri nədir? 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu vəziyyət saçların seyrəlməsi ilə başlayır və daha çox 12-40 yaş arası qadınlarda müşahidə olunur. Bu zaman kişilərdə saç tökülməsinin başladığı nöqtələrdə qadınların da bu bölgələrində saçların tökülməsi baş verir.

Qadınlarda da kişilər kimi saç tökülməsinin ən əsas səbəbi genetik meyldir. Bu genetik meyl hormonal səviyyədə balanssızlıq yaradır və kişilərdə də oxşar saç tökülməsi baş verir. Bundan əlavə bəzi psixoloji problemlər və istifadə edilən bəzi dərmanlar yan təsirlərlə qadınlarda kişi tipi saç tökülməsinə səbəb ola bilər. 

Yəni kişi tipi saç tökülməsi həm genetik, həm də sonradan yarana biləcək problemlər səbəbi ilə qadınlarda baş verir.

Qadınlarda kişi tipli saç tökülməsi baş verdikdə, əvvəlcə həkimə müraciət etmək lazımdır. Daha sonra düzgün diaqnoz və müayinə ilə effektiv müalicə üsullarından istifadə edilir. Bundan əlavə, bəzi sadə həll üsulları nəzərdən keçirilə bilər.

Saçların sağlam olmasına diqqət yetirilməlidir;

Bəzi zərərli vərdişlərdən uzaq durmaq lazımdır;

Düzgün saç məhsulları istifadə edilməlidir;

Saçlar ümumiyyətlə iki və ya üç gündən bir yuyulmalıdır. 

Milli.Az


Etiketlər:  Qadınlarda kişi tipli saç tökülməsi nədir SƏBƏBLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ