Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2023 02:44
ABŞ-ın respublikaçı senatoru Coş Houli Çin ilə normal ticarət əlaqələrini dayandırmaq üçün Konqresə qanun layihəsi təqdim edib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə danışan senator belə bir qərarın ABŞ-ın Çindən iqtisadi cəhətdən asılılığı azaldacağını bildirib.
"Çin ABŞ-ın ən böyük düşmənidir. İş yerləri, sənaye və gələcək üçün şiddətli iqtisadi rəqabətdə qalib gəlməkdən ötrü ABŞ uğurunun uzun müddət davam edən düsturuna - güclü və müstəqil işçilərə qayıtmalıdır. Vaşinqtonda siyasətçilərin illərlə "uzaqgörən" qərarları problemi daha da dərinləşdirdi", - senator qeyd edib.